featured-image-19076

“Qəbələ”nin albaniyalı yarımmüdafiəçisi İsnik Aliminin Msport.az saytına müsahibəsi

– Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”ı minimal hesabla məğlub edərək, sensasiyaya imza atdınız və yarmfinala adladınız. Bunu necə bacardınız?
– Hər iki tərəfin ifasında yaxşı oyun alındı. Çətin olacağı əvvəldən bəlli idi. Amma eyni zamanda bilirdik ki, inam və əzmkarlıq hesabına qələbə qazana bilərik.

– Görüşdən öncə “Qarabağ”a qalib gələcəyinizi desəydilər, inanardınız?
– Əlbəttə. Düşünürəm ki, inam olmayan yerdə qələbə də mümkün deyil. İnamsızlıq oyunu əvvəldən uduzmaq deməkdir. Bu, çox önəmli amildir.

– “Qarabağ”ın bu qədər zəif oynayacağını gözləyirdiniz?

– “Qarabağ” zəif deyildi. Son 3 oyunda göstərdik ki, onlara qarşı oynaya bilərik. Rəqibi çətin vəziyyətə saldıq və qalib gəldik.

– Son 11 gündə “Qarabağ”la 3 oyun keçirmisiniz. Bu amil heç bir çətinlik yaratmadı?

– Əlbəttə, çətin oldu. Çünki “Qarabağ”la matçlarda çox enerji sərf etdik və bərpa olunmaq üçün kifayət qədər vaxtımız olmadı.

– Yarımfinalda rəqib “Səbail” olacaq. Bu rəqiblə oyunlardan nə gözləyirsiniz?

– Bizi çox ağır matçlar gözləyir. Çünki yarımfinalda favorit və ya zəif rəqib olmur. Daha ciddi hazırlaşmalıyıq ki, finala adlayaq.

– Azərbaycan Kubokunda hədəf nədir?

– Təbii ki, kuboku qazanmaq istəyirik. Hər şey bu qədər sadədir.

– İlin son oyununda Premyer Liqada “Turan Tovuz”u qəbul edəcəksiniz. Kubokdakı qələbə növbəti matç üçün stimul ola bilərmi?

– “Turan Tovuz” yaxşı komandadır və bunu öz oyunu ilə göstərir. Çətin oyun olacaq. Yaxşı dincəlməli, bərpa olunmalı və bu görüşə ciddi hazırlaşmalıyıq. Bundan sonra isə meydana çıxıb qalib gəlmək lazımdır.

Bənzər xəbərlər