featured-image-48796

“Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununa indiyədək 4 min bilet satılıb.

Msport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi feysbuk səhifəsi paylaşım edib.

Biletləri “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından saat 10:30-dan 18:00-a kimi əldə etmək mümkündür.

Qeyd edək ki, iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək “Qarabağ” – “Zirə” matçı saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər