Qazaxıstan millinin baş məşqçisi ilə yollarını ayırdı
Qazaxıstan millisinin baş məşqçisi Con vant Sxip postunu tərk edib.
Msport.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası bunu istefa kimi qiymətləndirməyib. Onların sözlərinə görə, tərəflər müqavilənin müddəti başa çatdıqdan sonra onu yeniləməmək barədə razılığa gəliblər.
Niderlandlı mütəxəssisin rəhbərliyi altında Qazaxıstan Millətlər Liqasının C Liqasının 3-cü qrupunda 6 oyunda 3 xal toplayıb və qrupu sonuncu – 4-cü pillədə başa vurub. Con van Sxip 2026-cı ilin avqustundan yığmaya rəhbərlik edirdi.







