featured-image-47962

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” yarşışında bürünc medal qazanıblar.

Msport.az-ın məlumatına görə, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yerə sahib çıxıblar.

Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.

Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.

Bənzər xəbərlər