featured-image-70856

“Qəbələ” Azərbaycan Premyer Liqasının VIII turunun “İmişli” ilə görüşündəki hakim qərarlarından narazıdır.

Msport.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.

Əyalət təmsilçisi matçın 59-cu dəqiqəsində Ronaldo de Souzanın topa qolu ilə toxunduğu anların görüntüsünü yayımlayıb. “Qəbələ” qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun həmin vaxt əl ilə oyuna görə cərimə zərbəsi təyin etməməsindən narazı qalıb. Klub oyundan 2 gün keçsə də, məsələyə hələ də aydınlıq gətirilmədiyinə diqqət çəkib.

Qeyd edək ki, sözügedən matç 2:2 hesabı ilə yekunlaşıb.

Bənzər xəbərlər