featured-image-44713

“Qəbələ” israilli futbolçu Gilad Abramovla yollarını ayırıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2023-cü ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada 23 matç keçirib.

O, Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Bənzər xəbərlər