featured-image-952

Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Keşlə” ilə qarşılaşıb.  Oyun 1:1 hesabə ilə başa çatıb.

İlk qolu 32-ci dəqiqədə “Keşlə”nin futbolçusu Merab Giqauri vurub. Fasilədən dərhal sonra meydana daxil olan Omar Hani 47-ci dəqiqədə tarazlığı bərpa edib.

51-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Tərlan Quliyev top uğrunda mübarizə zamanı Rafael Utziqi vurmağa cəhd etdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Bu nəticədən sonra xalını 34-ə çatdıran “Qəbələ” 4-cü, 20 xala malik “Keşlə” 6-cı pillədə qərarlaşıb.

“Qəbələ” – “Keşlə” – 1:1

Qollar: Merab Qiqauri, 32 (0:1),  Omar Hani, 47 (1:1)

Qırmızı vərəqə: Tərlan Quliyev, 51 (“Keşlə”)

 

Bənzər xəbərlər