"Qəbələ"nin məşqçisi rəsmi şəxsləri təhqir etdi - Ağır cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, toplantıda I Diviziondakı komandaların cəzaları açıqlanıb.
Ən ciddi sanksiya XXIX turun “Zaqatala” – “Qəbələ-2” görüşü ilə bağlı kəsilib. Qarşılaşma başa çatdıqdan sonra oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədən qəbələlilərin qapıçılar üzrə məşqçisi Elçin Rzazadə 5 oyunluq cəzalandırılıb.
Bu, “qırmızı-qaralar”ın 400 manatlıq cərimələnməsinə yol açıb.