featured-image-14948

“Maraqlı və gərgin oyun alındı. Məncə, nəticə ədalətli idi”.

Bunu Msport.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Adil Nağıyev evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın X tur oyunu barədə danışarkən deyib.

60-cı dəqiqədə avtoqol müəllifi olan 27 yaşlı müdafiəçi bildirib ki, bu, arxa xətt oyunçusu üçün ən çətin andır: “Həqiqətən çox pis oldum. Amma futbolda hər şey olur. Artıq geridə qaldı, irəliyə baxmalıyıq”.

O, görüşün sonlarındakı mübahisəli epizodu və “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin penalti iddiasını şərh edib: “Orada penalti yox idi. VAR deyilən sistem var. Ona baxıldıqdan sonra “davam” işarəsi verildi. Yəni, “Qəbələ”nin iddiası əsassızdır. 11 metrlik cərimə zərbəsi olsaydı, VAR otağındakı hakimlər Rauf Allahverdiyevə məlumat verərdilər. Ən azından epizoda baxmağa çağırardılar”.

Bənzər xəbərlər