featured-image-48873

“Qəbələ” daha bir məşqçi ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, əyalət təmsilçisi Rakif Əliyevlə vidalaşıb.

Bu barədə mütəxəssis özü sosial şəbəkə hesabında paylaşım edib: “Bu gün sevimli komandam “Qəbələ”dən qarşılıqlı razılaşma ilə ayrıldım. Komandamızın I Liqaya düşməsi bir çoxları kimi məni də məyus etdi. Ümid edirəm ki, növbəti mövsüm yenidən elitaya qayıdar”.

Qeyd edək ki, Rakif Əliyev “Qəbələ”nin əsas komandasında köməkçi məşqçi kimi çalışırdı.

Bənzər xəbərlər