featured-image-28722

AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Msport.az xəbər verir ki. toplantıda I divizionda baş verən neqativ hallara baxılıb:

XXVI turunun “Şamaxı-2” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilib.

XXVI turunun “Sumqayıt-2” – “Zaqatala” görüşünün oyunöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsinin iştirak etmədiyinə görə 80 manat cərimə edilib;

“Sumqayıt-2” – “Zaqatala” görüşündə “Sumqayıt-2” komandasının qapıçısı Ayxan Qocayev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” 20 manat cərimə edilib;

XXVI turunun “Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qəbələ-2” 40 manat cərimə edilib;

“Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşündə “Qəbələ-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilib;

“Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşündə “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilib;

XXVI turunun “Zirə-2” – “Neftçi-2” görüşündə “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə olunub;

XXVI turunun “Araz Naxçıvan” – “Mingəçevir” görüşündə PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “Araz Naxçıvan” 80 manat cərimə edilib.

Bənzər xəbərlər