“Qəbələ” “Qarabağ”a qarşı oynamış futbolçunu transfer etdi – RƏSMİ
“Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib.
Qeyd edək ki, o, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ıa oyunlarda iştirak edib.
Edison buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.







