“Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salındı
Azərbaycan Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb.
Msport.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.
Qarşılaşma 23-cü dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.
Matçın hansı tarixdə keçiriləcəyi ilə bağlı rəsmi məlumat daha sonra veriləcək.







