featured-image-721

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən “Zirə” “Qəbələ” ilə yoxlama oyununda üz-üzə gəlib.  

Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. Matçda ilk qolu “Zirə”nin legioneri Hamidu Keyta vurub.

Ancaq fasilədən sonra “Qəbələ”dən İsnik Alimi penalti ilə hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə braziliyalı Rafael Utziq qoyub.

Qeyd edək ki, “Zirə” hazırda Premyer Liqada 35 xalla 3-cü, “Qəbələ” isə 33 xalla 4-cü pillədə qərarlaşıb.

27 mart

“Zirə” – “Qəbələ” – 1:2

Qollar: Hamidu Keyta –  İsnik Alimi-pen, Rafael Utziq

Bənzər xəbərlər