featured-image-78366

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Neftçi” oyunundan (0:1) sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü…

– Mövsümün son oyununda gənclərə şans verdik. Onlar bəlkə, gələcəkdə Azərbaycan futbolunun əsas simaları olacaq. Komandaya gələndə 6 oyunluq məğlubiyyətsizlik seriya var idi. Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm.

– Hansı gənc oyunçuları xüsusi qeyd edərdiniz?
– Şahnur və Raulu fərqləndirərdim. Onlara diqqət var. Gənclərlə işləmək çox çətinlik yaratmışdı. Bu gün onlara şans vermək istədim.

– Adınız “Şamaxı”yla hallanır. Bu məsələyə yekun qoya bilərsiniz?
– Bu haqda danışmaq istəmirəm. Təki hər şey Azərbaycan futbolu üçün uğurlu olsun.

– Gələndən sonra bütün komandalardan xal ala bildiniz. Matçdan sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sanki Gəncə camiəsi sizə qarşı haqsızlıq edir…
– Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var.

– Daha yaxşı təklif aldığınızı dediniz. Nə üçün razılığa gələ bilmirsiniz?
– Olduğum yerdə doğruluğun və verilən sözlərin arxasında durmağın tərəfdarıyam. Yəni sabah büdcə problemi olsa, hansısa sıxıntı yaşayıb, azarkeşlər qarşısında pis olacağam. Bu gün bəlkə, kimlərsə bunu doğru qəbul etməz, amma yüz ölçüb, bir biçəcəyəm.

– “Şamaxı”nın oyununu izləməyiniz düzgün qarşılanmadı…
– İfadəmə görə üzr istəyirəm, Qəbələdə futbola baxmışam, bara getməmişəm ki… Stadionda olmağım normal şeydir. Bunları nəyəsə bağlamaq düzgün deyil.

– “Kəpəz” rəhbərliyi ilə münasibətiniz necədir?
– Çox yaxşı. Bəzi məsələlər var ki, gözləyirik. Bilinməyən şeylər olduğu üçün qərar vermək çətinləşir.

– Rəhbərliyin tələbi avrokuboklardır?
– Xeyr. Bu məsələnin kökündə daha böyük mövzular dayanır. Məsələ tək büdcədən deyil, bir komandanı formalaşdırmaq üçün üç il vaxt lazımdır. Çempion olaq, avrokuboklara düşək, amma nəylə?

Bənzər xəbərlər