featured-image-83165

Şotlandiyanın U-21 millisinin yeni baş məşqçisi Toni Doherti 2027-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün millimizlə keçiriləcək oyun haqda danışıb.

Msport.az xəbər verir ki, o, əsas məqsədlərinin qələbə qazanmaq olduğunu deyib:

“Seçmə mərhələdə 8 oyun geridə qalıb, daha 2 matçımız isə qalır.  Növbəti mərhələyə yüksəlmək üçün az da olsa, şansımız var.  Bunun üçün hər iki oyunda qalib gəlməli və Çexiyanın xal itirməsinə ümid etməliyik. Qarşıdakı iki matçda qələbə üçün əlimizdən gələni edəcəyik. Nəticələr növbəti seçmə mərhələsinin püşkatmasında üçüncü və ya dördüncü səbətdə yer almağımıza da təsir edə bilər”.

55 yaşlı mütəxəssis  Azərbaycanla görüşdə  hücum futboluna üstünlük verəcəklərini bildirib: “Bu, qalib gəlmək üçün meydana çıxacağımız oyundur. Eyni zamanda hücumameyilli, baxımlı və azarkeşlərin zövq ala biləcəyi futbol oynamağa çalışacağıq”.

Bənzər xəbərlər