featured-image-82259

Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib.

Msport.az  PFL-in saytına istinadən xəbər verir ki, “Zirə”nin kapitanının yubileyi Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sabah”la matça (0:5) təsadüf edib. 250-ci oyununa çıxan futbolçu 15 qol vurub.

Debütü 2014/15 mövsümünə təsadüf edən Alıyev 2 klubda forma geyinib. O, “Qəbələ”də 70 oyunda 1, “Zirə”də 180 matçda 14 dəfə fərqlənib.

Qeyd edək ki, Qismət turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.

Bənzər xəbərlər