"Qoy Azərbaycanda işlədiyi dövrdə aldığı pulu desin" - Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk”la oyunundan öncə jurnalislərin qarşısına çıxıb.
Msport.az xəbər veirir ki, o, milli komandamızın sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamalarına münasibət bildirib. Sadıqov xorvaatiyalı mütəxəssisin diqqətsiz fikirlər səsləndirdiyini deyib: ”
“Yurçeviç “Zirə”də legioner çoxluğunu və yüksək məvacibləri qabardıb. Amma bizim komandada futbolçular haqq etdiklərindən daha az pul alırlar. Əgər maaşdan danışırsa, qoy əvvəlcə özü Azərbaycanda nə qədər qazandığını açıqlasın. Mənim futbolçularımın maaşı onun müzakirə edəcəyi mövzu ola bilməz.
Yurçeviç Azərbaycanda böyük dəyər görüb və açıqlamalarında daha diqqətli olmalı idi”.