featured-image-36205

Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – “Kəpəz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar. İstədiyimiz kimi alınmadı. Son vaxtlar sıx qrafikdəyik. Qələbəni cüzi səhvlərə görə əldən verdik. Futbolda bəzən düşünülməyən nəticələr olur. Qarşıdakı oyunlara hazırlaşacağıq.

– Musa bu gün İsveçdə iki qol vurdu. Bu haqda nə deyə bilərsiz?

– Sevindiricidir. Belə deyək, tək oğul olaraq yox, həm də bir azərbaycanlı futbolçu kimi uğurlarına sevinəcəyik.

– Azərbaycana UEFA-da ən çox xal qazandıran sizsiz. Ölkə futbolunun yükünü tək siz çəkirsiz… 

– Bu haqda nəsə deməyim düzgün olmaz. Bu il “Sabah” üç qələbə qazandı və az xal gətirmədi. “Neftçi” də bir qələbə, bir heç-heçə etdi. Bizim oyunlarımız daha çox oldu. Ümid edirəm, gələcəkdə digər komandalarımız da xallar gətirər. Son illərdə “Neftçi”, “Sabah” daha yaxşı olmağa çalışır. İnanıram ki, faydalı nəticələr olacaq.

– Quqeşaşvilinin komandadan getmək ehtimalı və Kadinin gəlmək variantı var? 

– Nə Kadi, nə də Quqeşaşvilinin ilə bağlı hansısa məlumat yoxdur.

– Tələbəniz Rəşad Sadıqovun komandası “Zirə” liderdir. Bu, sizin üçün sürpriz oldu? 

– Xeyr. Gənc məşqçilərimiz futbolumuza fayda verməyə çalışır. Bu, məni sevindirir. Sürpriz olaraq baxmıram. Komandalar inkişaf edir. İstənilən oyunda istənilən nəticə olur. Rəşad uğurlar arzu edirəm. Çempionat yeni başlayıb, maraqlı nəticələr hələ qarşıdadır.

– 4 oyuna 7 xal sizi qane edir? 

– Normaldır. Əvvəl dah yaxşı nəticələrimiz ola bilər. Amma situasiyanı nəzərə almalıyıq. Futbolçular üzərinə böyük yük düşür. İki gün səfərdə, iki gün burda… Adaptasiya ilə bağlı problemlər olur. Məşq prosesləri pozulur, istər-istəməz hazırlıqda disbalans olur. Bəzən belə xal itkilərin sevinirəm. Futbolçular bundan sonra daha ciddi hazırlaşmalı olur.

– Andrey Lunyovun çıxışını necə dəyərləndirirdi? 

– Normal, daha yaxşı olacaq.

Bənzər xəbərlər