Qurban Qurbanov dünya reytinqində gerilədi
Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.
Msport.az xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1673 xala malikdir. O, dünyada 133-cüdür. 2 xal itirən mütəxəssis 2 pillə geriləyib.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.
Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.