featured-image-51627
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 28-i saat 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
18:45-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın açıq məşqi iyulun 29-u saat 19:00-da, baş məşqçi Xavyer Munyosun mətbuat konfransı isə 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Media mənsubları akkreditasiyalarını iyulun 28-i saat 15:30-dan 17:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, iyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşü saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər