featured-image-46259

LKS klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa Ekstraklasanın XXVII turunda “Krakoviya” ilə heç-heçə etdikləri matçda (2:2) müdafiə mövqeyinin qəhrəmanı seçilib

Msport.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Arxa xətt oyunçusu səslərin 26 faizini toplayıb.

Azarkeşlər onun komanda yoldaşı Mixal Mokrjiskini (27 faiz) qarşılaşmanın ən yaxşısı hesab ediblər. Dani Ramires (17 faiz) isə görüşdə fərqlənən futbolçu olub.

Qeyd edək ki, LSK hazırda 18 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər