Rahil Məmmədovun yeni klubu açıqlandı
Rahil Məmmədov karyerasını Azərbaycanda davam etdirəcək.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu “Araz-Naxçıvan”la anlaşıb.
Bu barədə məlumatı Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov verib. O, 30 yaşlı müdafiəçi ilə tezliklə rəsmi müqavilə bağlanılacağını deyib: “Sonuncu transferimiz Rahil Məmmədovdur. O, hazırda Polşadadır və yaxın günlərdə “Araz-Naxçıvan”a qoşulacaq. Danışıqlar 99 faiz başa çatıb və transferini açıqlayacağıq”.
Qeyd edək ki, Rahil Məmmədov ötən mövsümü Polşanın “Radomyak” klubunda keçirib.