“Rakuv”un futbolçusu: “Qarabağ” “Kopenhagen”dən güclüdür”
Polşanın “Rakuv” klubunun futbolçusu Fran Tudor UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üstələdikləri “Qarabağ”la pley-offun ilk oyununda 0:1 hesabı ilə məğlub olduqları Danimarka “Kopenhagen”ini müqayisə edib.
Msport.az xəbər verir ki, 28 yaşlı xorvatiyalı müdafiəçi cavab matçında vəziyyəti xeyirlərinə dəyişəcəklərinə inandığını bildirib:
“Kopenhagen”ə böyük hörmətlə yanaşıram. Amma məncə, “Qarabağ” onlardan güclü komandadır. “Kopenhagen”i gözümüzdə həddən artıq çox şişirtmişdik. Buna görə də, istədiyimiz performansı göstərə bilmədik. Ancaq yenə də onlara qalib gəlmək gücündə olduğumuzu hiss etdik. Səfər görüşünə qələbə qazanmaq üçün yollanacağıq”.
Qeyd edək ki, “Rakuv” və “Kopenhagen” arasında cavab qarşılaşması avqustun 30-da Danimarkada baş tutacaq.