Ramazanov “Sabah”da
“Qarabağ”ın sabiq qapıçısı Amin Ramazanov karyerasını “Sabah”da davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və 23 yaşlı qolkiperlə razılıq əldə olunub.
Qeyd edək ki, Amin Ramazanov son mövsümdə “Qarabağ”ın, həmçinin icarə əsasında “Zaqatala”nın heyətində çıxış edib. Gənc qapıçı Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına da dəvət alıb.







