featured-image-49590

Tanınmış “transfermarkt” portalı Türkiyə I Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Msport.az xəbər verir ki, hazırda aşağı liqanın ən bahalı azərbaycanlı oyunçusu millimizin və “Kocaelispor”un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, “Ümraniyespor”un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb – 650 min avro kimi (təxminən 1,18 milyon manat). “Boluspor”un hücumçusu Vüsal İsgəndərli və “Manisa”nın müdafiəçisi Sərtan Taşkının dəyəri isə 250 min avrodur (təxminən 455 min manat).

Bənzər xəbərlər