featured-image-47384

Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev I Liqanın son turunda “Bandırmaspor” üzərində qələbəyə görə mükafat alacaq.

Msport.az xəbər verir ki, klub rəhbərliyi futbolçuların hər birinə 125 min lirə (6500 manat) ayırıb. Məbləğin qısa zamanda oyunçuların hesabına köçürüləcəyi bildirilib.

Bunadək komanda üzvləri hər qələbəyə görə 100 min lirə mükafat alırdılar. Son oyundakı nəticənin önəmini nəzərə alan klub rəhbərliyi məbləği 25 min artırmağa qərar verib.

Qeyd edək ki, Ramil Şeydayev qış fasiləsində “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər