featured-image-30377

Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı dəqiqləşib. Millimizin hücumçusu Asiya ölkəsinə yollanır.

Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu Taylandın son çempionu “Buriram Yunayted” klubu ilə 2 illik müqavilə bağlayıb. Tərəflər ilkin anlaşmaya imza atıblar.

Futbolçuların son klubu ilə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış başqa komanda ilə danışmaq və ilkin müqavilə bağlamaq hüququ var. Şeydayev də bu fürsətdən istifadə edib. Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcək.

Son mövsümüm “Banqkok Yunayted”in 10 xal önündə bitirən “Buriram Yunayted” 1970-ci ildə yaradılıb. Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “New I-Mobile Stadyum”da keçirir. Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var. (Futbolinfo)

Bənzər xəbərlər