featured-image-30304

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə” – “Turan Tovuz” oyununda (1:3) kobud səhvlərlə yadda qalan Rauf Cabarov cəmi 1 tur təyinat almayıb.

Msport.az xəbər verir ki, referinin Zirədəki qarşılaşmadakı xətalarını AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek CBC Sport-un efirində etiraf etmişdi.

33-cü turda Premyer Liqada təyinat almayan 38 yaşlı hakim ötən həftə yenidən iş başında olub. Ancaq hələ ki ona baş hakim kimi etimad göstərilməyib. FİFA referisi “Neftçi” – “Şamaxı” oyununda (1:1) 4-cü hakim funksiyasını yerinə yetirib.

Bu tur isə Cabarova Qəbələdə iş tapıldı. O, dünən keçirilən “Kəpəz” – “Neftçi” oyununda (1:3) VAR hakimi idi.

Qeyd edək ki, PFL bu saatlara kimi 35-ci turun bu gün keçiriləcək matçlarına təyinatları açıqlamayıb.

AYXAN 

Bənzər xəbərlər