"Real" 18-ci dəfə finalda
Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, cavab oyunlarının son günündə diqqətlər Madridə yönəlib.
Turnirin ən titullu komandası “Real” “Bavariya”nı qəbul edib. 15-ci kubokunu hədəfləyən İspaniya nəhəngi tarixində 18-ci dəfə finalda oynamaq hüququ əldə. Madridlilər çətin qələbə qazanıblar. Hesabda geri düşən “Real” son dəqiqədə 2 qol vuraraq, əzmkarlıq nümayiş etdirib – 2:1.
Qeyd edək ki, iyunun 1-də “Uembli”də keçiriləcək finala ilk vəsiqəni Dortmund “Borussiya”sı qazanıb.