featured-image-18767

“Regekampfın planı, düşüncəsi “Styaua”ya qayıtmaqdır”.

Msport.az xəbər verir ki, bunu Rumıniyanın “Universitatya 1948” klubunun sahibi Adrian Mititelu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın ölkəsindəki klubların maraq dairəsinə düşməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis “Styaua”da işləmək niyyətindədir: “Ümid edirəm ki, Regekampf bir daha “Universitatya Krayova”da çalışmayacaq. Əlbəttə ki, Rege “Universitatya Krayova”nı dirçəldəcək məşqçidir. Gəlsə, onlara kömək edə bilər. Çünki çox yaxşı mütəxəssisdir. Amma bunun baş verəcəyinə də inanmıram. Çünki o, “Styaua”nı arzulayır”.

“Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Laurentsiu Regekampf 2012-2014-cü və 2015-2017-ci illərdə Rumıniyada “Styaua”nı çalışdırıb.

Bənzər xəbərlər