featured-image-52046

Türkiyə 1-ci Liqasında çıxış edən “Ankaragücü” Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu heyətinə qatmaq niyyətindədir.

Msport.az-ın məlumatına görə, bu barədə yerli jurnalist Reşat Can Özbudak bildirib.

Onun sözlərinə görə, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrədir. Özbudak tərəflərin anlaşdığını da vurğulayıb.

Qeyd edək ki, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə “Hatayspor”un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bənzər xəbərlər