featured-image-48042

Türkiyə Superliqasında 2023/2024 mövsümündə əlinə düşən fürsəti qolla tamamlayan hücumçuların adları açıqlanıb.

Msportş.az xəbər verir ki, “DataMB Türkiye”nin açıqladığı siyahıda Azərbaycan millisinin üzvü Renat Dadaşov da var.

“Hatayspor”da çıxış edən 24 yaşlı forvard 22,727 əmsalla beşinci pillədə qərarlaşıb. Dadaşov “Adana Demirspor”da çıxış edən M Baye Nianq (29,630), “Qalatasaray”dan Mauro İkardi (23,596), “Pendikspor”dan Mam Tiam, “Kasımpaşa”dan Nuno da Koştadan (23,077) geri qalır.

Qeyd edək ki, Hatay təmsilçisi Superliqada 37 xalla 18-ci pillədə qərarlaşıb. Dadaşov ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.

Bənzər xəbərlər