Renat Dadaşov komandasına qələbə qazandırdı: "Bu, Hatay üçündür"
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” klubunda növbəti qolunu vurub.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu Superliqanın XXXVI turunda “Ankaragücü” ilə matçda fərqlənib.
88-ci dəqiqədə oyuna girə Dadaşov iki dəqiqə sonra qələbə qoluna imza atıb – 2:1.
Forvard qarşılaşmadan sonra şəxsi instaqram hesabında paylaşım da edib. Hücumçu “bu, Hatay üçündür” yazıb.
Qeyd edək ki, Hatay təmsilçisi 37 xalla 18-ci pillədə qərarlaşıb. Komanda şəhərdəki zəlzələdən sonra ev oyunlarını Mersində keçirir. Dadaşov ötən il İsveçrə təmsilçisi “Qrasshopper”dən “Hatayspor”a icarəyə verilib.