featured-image-52929

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Zaqreb “Dinamo”su ilə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransı keçirib. Msport.az xəbər verir ki, o, əvvəlcə rəqib barədə fikirlərini bildirib:

“Dinamo”nun öz tarixi, yaxşı azarkeşləri var. Onların qarşısında oynamaq bizim üçün xoş olacaq. Oyun hər iki komanda üçün vacibdir. Biz üçüncü dəfədir ki, belə imkan əldə etmişik və bundan istifadə etmək isyirik. Bəzi itkilərimiz olsa da, futbolçular bu matça hazırdılar”.

Q.Qurbanov bundan öncəki mərhələdə qarşılaşdıqları “Ludoqorets”lə “Dinamo”nu müqayisə edib: “Ludoqorets” və “Dinamo” fərqli rəqiblərdir. Bizim komanda fiziki baxımdan oyundan-oyuna özünü daha yaxşı hiss edir. Mən hər dəfə futbolçularıma deyirəm ki, hər növbəti mərhələdə daha güclü rəqiblə görüşürük. Həyəcan və məsuliyyət daha çox olur. Rəqiblər də bizə daha ciddi yanaşırlar.

“Dinamo” daha təcrübəli və formalaşmış komandadır. Maksimum nəticə üçün çalışırlar. Belə rəqibə qarşı mübarizə aparmaq bizim üçün xoş olacaq. İstənilən halda təzyiqdən qaçmaq üçün sabah ehtiyatlı oynamalıyıq, Yaxşı nəticə əldə etmək istəyirik”.

Bənzər xəbərlər