Rəşad Dağlı hansı futbolçuya meyxana həsr etdi? - VİDEO
Meyxanaçı Rəşad Dağlı “Şir həmişə şirdi, mənim qərdeşim” qafiyəsində “Səbail”in hücumçusu Rauf Əliyevi də yada salıb.
Msport.az xəbər verir ki, tanınmış meyxanaçı məclislərin birində məşhur qafiyəsində millimizin sabiq üzvündən də bəhs edib:
“Rauf Əliyev vardı, “Səbail”dədir,
Veçni bombardirdir, mənim qərdeşim”
Qeyd edək ki, Rauf Əliyev son qolunu ötən il noyabrın 20-də “Zirə”yə vurub – 1:3.
33 yaşlı hücumçu bu mövsüm 18 oyunda 2 dəfə fərqlənib.