featured-image-961

“Komandamı təbrik etmək istəyirəm. Gözəl oynadılar. Möhtəşəm xarakter göstərdilər. Rəqibimiz keçən ilin çempionu idi. Səfərdə onlara qarşı bu cür oynamaq bacarıq və ürək təkləb edir”.

Msport.az xəbər verir ki bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi” ilə oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: “60-cı dəqiqəyə qədər oyun bizim üstünlüyümüz şəraitində keçirdi. Bezerranın qol epizodundan başqa rəqibə üstünlük vermirdik. Yaxşı, sürətli hücumlar oldu. Azlıqda qaldıq və taktiki dəyişiklik etdik. Futbolçularım intizamlı, ağıllı futbol oynadılar. Belə məqamda yaxşı qol vurduq. Qələbəyə yaxın idik. Sadəcə sonda penalti vuruldu və iki xal itirdik. Oyunun gedişatı elə oldu ki, sonda buraxılan qol məyus edir adamı. Qarşıda vacib oyunlar var. Komandamın oyundan həzz aldım.

O, Davit Volkovun topu əllə qarşısına atdığı epizod haqda bunları deyib: “Şübhəli gəldi epizod. Dinamik alındı. Açıq aşkar əllə qarşısına atmışdısa, bildirmək olardı bunu. İstəmərəm belə qollarla qələbə qazanaq. Epizod sürətli idi. Mübahisəli epizoddursa, onu demək çətin olar”.

Baş məşqçi futbolçusu Coşqun Diniyevin qırmızı vərəqə aldığı və hakimin penalti qərarında tribunaya dönüb alqış etməyini isə belə izah edib: “Mesajlarım kimədirsə ad demək istəmirəm. Çıxış yolumuz tribunaya etiraz etməkdir. O da aqressiyasız, təşəkkür edirik. Bu qədər maneələrlə, rəqibi fikirləşəsən, yoxsa nəyi? İnanırsız, 50-ci dəqiqədən Coşqunu çıxarmaq istəyirdim. Köməkçi ilə danışırdıq ki, Coşqunu çıxaraq. “Qəbələ” ilə oyunda 65-ci dəqiqədə həmin epizod sarılıq idi, yoxsa bu epizod? Hər dəfə danışırıq. Futbolu tək pul üçün oynamamışam. Ondan önəmli işlər olub. Komandamın oyunundan zövq alıramsa, uduzsaydıq da zövqlə gedərdim. Yorulmuşam oyundan qabaq futbolçularla hakimlik haqda danışmaqdan. Yəni, hansı epizodda necə davranmaq lazımdır. Nə edək? Düşdüyümüz vəziyyət budur. Buna uyğun da davranmalıyıq. Mübarizəmizi aparacağıq”.

Sadıqov son dövrə ilə bağlı gözləntilərini də bölüşüb: “Bu gün qələbə qazansaydıq, böyük üstünlük olacaqdı. Amma biz də itirdik, “Qəbələ” də itirib. “Sabah” yaxı komandadır, bilirdik sona qədər mübarizə aparacaqlar. Bu gün qələbə qazanıb təhlükəli zonadan uzaqlaşmaq istəyirdik. Amma alınmadı. Öz aramızda da oyunlarımız olacaq. Yarışın içindəyik, hər cür oyun var və buna hazır olmaq lazımdır”.

“Zirə”nin baş məşqçisi matçın sonunda qapılarına təyin edilən penalti qərarından da danışıb: “Mən qaydalardan filan danışmaq yox, daha çox belə sual vermək istəyirəm. Bu epizod rəqib qapısı tərəfdə olsaydı, penalti təyin olunacaqdı? Əminəm ki, əks qapıda olsaydı, verilməyəcəkdi. Orada olsaydı, əsaslandıracaqdılar ki, penalti yoxdur, bizim qapımızda varsa, əsaslandırlacaqlar ki, buna görə penaltidir. Amma, artıq təəccüblənmirəm, işimizi görürük. Allah böyükdür. İşlərimizi görürük”.

 

Bənzər xəbərlər