featured-image-67943

“Hayduk”a qarşı meydanda azlıqda mübarizə aparmaq “Zirə” üçün çətin oldu”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) qarşı keçirdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, komandasının əzmkar çıxış etdiyini vurğulayıb:

“Futbolçularıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Onlar bu gün mübariz oyun sərgilədilər. Baxmayaraq ki, səfərdə güclü rəqibə qarşı oynayırdıq. Lakin onlara qarşı təzyiq göstərməyə başlamışdıq. Qarşılaşmanın əvvəlində bu bizdə çox yaxşı alınırdı. Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq, hücumlarımız davam edirdi və qol vuraraq hesabı bərabərləşdirdik. Qarşılaşmanın əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi. Daha sonra rəqib komandanın futbolçusu cərimə zərbəsindən çox gözəl qol vurdu. Oyundan qopmaq istəmədik, hesabı bərabərləşdirmək üçün cəhd etdik. Təəssüf ki, bu, bizdə alınmadı”.

Qeyd edək ki, “Zirə” və “Hayduk” kollektivləri arasında 8-ci kilometr stadionunda baş tutan ilk matç bərabərə bitib – 1:1. Komandalar arasında “Polyud Stadium”da keçirilən cavab görüşündə isə ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Bənzər xəbərlər