featured-image-53495

“Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm”.

Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Kiprin “Omoniya” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis ilk matçdakı böyükhesablı məğlubiyyətə baxmayaraq ciddi hazırlaşdıqlarını bildirib: “Bu qarşılaşmaya fərqli ab-havada hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir”.

Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda rəqib altı cavabsız qolla qalib gəlib.

Bənzər xəbərlər