Rəşad Sadıqovun məğlubiyyət şərhi
“Oyunu iki hissəyə bölərdim. Birinci yarıda yaxşı mübarizə apardıq. Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi. Lakin futbolçularım sonadək mübarizə apardılar. İki qolu da hava toplarından buraxdıq. Bunun üzərində işləməliyik”.
Msport.az xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Şerif”ə penaltilər seriyasında (4:5) məğlub olduqları cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Bu barədə çox danışmaq istəmirəm. Hər kəs hakimin qərarlarını gördü”.
Mütəxəssis qırmızı vərəqə alan Salifu Sumanın cəzalandırılacağını söyləyib: “Həmin epizoda baxacağıq. Əgər lazımsız yerə qırmızı vərəqə görübsə, cəzasını alacaq”.
Qeyd edək ki, “Zirə” mübarizəni UEFA Konfrans Liqasında davam