featured-image-565

“Sabah” heyətinə yeni futbolçu cəlb edib. 

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Lukasın son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.

Ukrayna vı Rusiyada çıxış edən futbolçulara FİFA azad agent statusu verdiyindən “Sabah” Rangellə müqavilə bağlaya bilib.

Qeyd edək ki, Msport.az “Sabah”ın Rangellə anlaşması xəbərini hələ 4 gün əvvəl yazmışdı.

Bənzər xəbərlər