featured-image-53355

Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bildirib. Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bakıdakı görüş haqqında belə deyib:

“Bizi çətin şəraitdə ağır oyun gözləyir. Rütubət həddən artıq yüksəkdir, çox ağır olacaq. Çempionlar Liqasının qrupunda öz yerimizi təmin etmək üçün var gücümüzü qoymalıyıq, “Qarabağ” göstərdi ki, Azərbaycandan adi komanda deyil, ciddi rəqibdir. İlk oyunun bəzi anlarında bəxtimiz gətirdi. Müdafiədə daha stabil oynamaq lazımdır, çünki onlar ilk dəqiqələrdən təzyiq göstərəcəklər.

-Fran Tudor (“Rakuv”un xorvatiyalı futbolçusu-red) xatırlayır ki, “Rakuv” klubunun oyunçuları “Qarabağ”la səfər matçına daha yaxşı hazırlaşmaq, ağır şəraitə uyğunlaşmaq üçün kokos suyu içirdilər. “Dinamo”nun futbolçuları daha yaxşı adaptasiya olmaq üçün kokos suyu içiblər? 

-Biz kokos suyundan istifadə etməmişik. Bunu səfərə çıxmamışdan xeyli əvvəldən eləmək lazımdır ki, effekti olsun. Ona görə də bunu eləmədik. Orada temperatur indi Zaqrebdəkindən 5-6 dərəcə yüksəkdir.

– Bu oyuna xüsusi hazırlaşırsız? 

-Biz bu oyuna digər görüşlərə hazırlaşdığımız kimi hazırlaşmışıq. Əvvəlki matçı əsas götürdük, ən vacibi budur. Yaxşısı budur ki, komandamız hər şeyi meydanda hiss eləsin. “Qarabağ”ın hücumu müdafiə xəttindən xeyli güclüdür. Bu bizim üçün şansdır. Əgər böyük riskə getsələr, onları əks-hücumlarda cəzalandıra bilərik.

 

Bənzər xəbərlər