featured-image-83167

“Roma” iki futbolçusu  – Paulo Dibala və Nauel Molinanı Argentina millisinin düşərgəsinə buraxmaqdan imtina edib.

Msport.az xəbər verir ki, argentinalılar 0ktyabrın 6-da Lionel Messinin yığmadakı son oyununda Beninlə qarşılaşacaq.

Klubdan bildirilib ki, hər iki futbolçu üçün bu oyunun əhəmiyyətini anlayırıq, onlar hər iki Messi ilə birgə Argentina millisində çıxış ediblər  və DÇ-2022-də çempion olublar.

Bu qərar idman və logistika ilə bağlı səbəblərdən – qitələrarası uçuşun müddəti və klubun qarşıdakı oyunları nəzərə alınaraq qəbul edilib. “Roma” klubu Lionel Messiyə və onun möhtəşəm karyerasına böyük hörmət bəsləyir, klub həm ona, həm də Argentina Futbol Federasiyasına unudulmaz bir axşam arzulayır”.

 

Bənzər xəbərlər