Roman Qriqorçuk: "Hər oyundan sonra sağlamlığımı itirirəm"
“Strateji olaraq, ilk dəqiqədə qol buraxmaq xoş deyil. Amma futboldur, belə şeylər olur. İstənilən halda, bu gün oynadığımız futbol qəbulolunmazdır. Heç bir şey bizi sarsıda bilməz ki, istəd
Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VI turunun “Zirə” ilə oyunundan (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Milli fasilədə “Neftçi”nin özünə gələcəyini gözləmək olardı. Amma bu gün 90 dəqiqə ərzində qol epizodunuz da yox idi. Belə futbolla “Qarabağ”la matçda komandanızdan nə gözləmək olar?
– Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda, daha yaxşı oynamalıyıq. Son konfransda demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz.
– “Neftçi” hazırda Premyer Liqada ən az top vuran iki komandadan biridir. Hücum xəttindəki bu passivliyi nə ilə izah edərdiniz?
– Hamımız görürük ki, hücum xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik.
– “Neftçi” uduzduqca, sizin də bu komandada vaxtınız sona yaxınlaşır?
– Hər oyundan sonra sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil.
– Sizcə komandanız “Kəpəz”i udmaq potensialındadır?
– Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. Bu gün qol buraxdıq. Məğlub olmağımızın səbəbi ilk dəqiqələrdə buraxdığımız qol ola bilərdi. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var.