featured-image-76628

“Mançester Yunayted”in kapitanı Brunu Fernandeş İngiltərə Premyer Liqasında ayın oyunçusu seçilməklə həmyerlisi Kriştiano Ronaldonun rekorduna şərik olub.

Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martda keçirdiyi 4 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalaraq karyerasında 6-cı dəfə bu mükafata layiq görülüb.

Fernandeş səsvermədə Ceyms Qarner, Morqan Gibbs-Uayt, Entoni Qordon, Aleks İvobi, David Raya və Denni Uelbeki qabaqlayıb. Premyer Liqa tarixində yalnız üç futbolçu – Serxio Aquero, Harri Keyn və Məhəmməd Salah bu mükafatı Fernandeşdən daha çox qazanıb.

Qeyd edək ki, Ronaldu ayın oyunçusu adına altıncı dəfə 2022-ci ilin aprelində, “Mançester Yunayted”dəki ikinci dönəmində layiq görülmüşdü.

Bənzər xəbərlər