Rumıniyalı müdafiəçi rəsmən “Neftçi”də!
“Neftçi” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin yeni mövsümdən “ağ-qaralar”ın şərəfini qoruyacaq.
27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.