featured-image-46518

Rusiya mətbuatında “Krasnodar”ın futbolçusu Kadi Borgesin “Qarabağ”a qayıtmaq istəməsi barədə yeni xəbərlər yayılıb.

Msport.az xəbər verir ki, Ağdam klubunun braziliyalı yarımmüdafiəçiyə illik 1,2 milyon avro maaş ödəməyə hazır olduğu iddia edilib.

Bildirilib ki, 27 yaşlı vinger Rusiyada ilinə 1,7 milyon avro qazanır, amma o, avrokuboklarda oynamaq üçün “Krasnodar”dan getməyə razıdır. Cənubi amerikalının yeni mövsümdə “Qarabağ”la Çempionlar Liqasında oynamaq istədiyi vurğulanıb.

Kadinin agenti Helsio Roberto Alisk isə bu yaxınlarda Rusiya mətbuatına verdiyi açıqlamada “sambaçı”nın Azərbayan klubuna qayıda biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

“Qarabağ” tərəfi isə hələlik bu məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Kadi Borges 2023-cü ilin yanvarında Ağdam təmsilçisindən “Krasnodar”a keçib. Onun Rusiya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Braziliyalı “Krasnodar”ın heyətində 37 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər