Rusiyalı futbolçu üçün 30 milyon istədilər
Rusiyanın “Spartak” klubu yarımmüdafiəçi Aleksandr Qolovin üçün “Monako”ya təklif göndərib.
Msport.az xəbər verir ki, Moskva təmsilçisi rusiyalı futbolçu üçün 19 milyon avro təklif edib.
“Monako” məbləğin az olduğu qənaətinə gəldiyi üçün Qolovini buraxmayıb. Klub 30 milyon avro tələb etsə də, tərəflər razılığa gəlməyib.
Qolovin 2018-ci ildən “Monako”da çıxış edir. O, 273 matçda 40 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub. Onun “transfermarkt”da dəyəri 18 milyon avrodur.







