featured-image-45433

Türkiyəli məşqçi Rıza Çalımbay karyerasını Azərbaycanda davam etdirə bilər

Msport.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis “Sabah” qəzetinə açıqlamasında deyib.

O, Azərbaycan millisində baş məşqçi postuna keşməyə hazır olduğunu bildirib: “Hələlik rəsmi təklif gəlməyib. Ancaq adımın bu yığma ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, müsbət yanaşaram”.

Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. Hələlil yığmaya Arif Əsədov rəhbərlik edir. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubunda bu vəzifəni yerinə yetirib.

Bənzər xəbərlər