featured-image-71052

“Sabah” Premyer Liqanın IX turunda heç-heçə edib.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi “Araz-Naxçıvan”la “sülh bağlayıb” – 2:2.

“Bayquşlar”ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə penaltidən Coy Lens Mikels fərqləniblər. Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Ba-Muaka Simakala imza atıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “bayquşlar” dördüncü, 16 xalı olan “Araz-Naxçıvan” üçüncü sıradadır.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

Bənzər xəbərlər